Şou-biznes

Hansı sənətçilərimiz bu həftə bir-birindən ayrı düşmədi? - FOTOSESSİYA

14 Mart 2012 14:52
0 Şərh     Baxış: 4 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1. "Novruz" əhval-ruhiyyəsi artıq sənətçilərimizin işlərində də əks olunmaqdadır. Teleaparıcı İlkin Həsəni və "Bozbash pictures" komandası Qəbələdə Novruz çəkilişlərində.



2. "Qayınana" serialının ulduzları Sənubər İsgəndərova Asya Atakişiyeva 8 Mart bayramı çəkilişlərində.



3. Gənc və istedadlı vokalçı Emin Eminzadə yeni fotosessiyası zamanı.



4. Xalq artisti Flora Kərimova səhər verilişlərindən birində. Müğənni öz ifası ilə tamaşaçılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.



5. Avropanı fəth edən İlhamə Qasımova duet ortağı ilə növbəti konsertlərdən birində.



6. Müğənni Ayan Babakişiyeva ötən həftə "Ya ona dön, ya məni sev" klipinin təqdimatını keçirdi. Müğənnini təbrik etməyə xalq artisti Alim Qasımov və əməkdar artist İlqar Muradov da gəlmişdilər.



7. Tanınmış teleaparıcı Leyla Quliyeva yeni obrazda. Sevilən aparıcı obrazı ilə göz qamaşdırdı.



8. Miri Yusifin oğlu isə yeni dostunun həyəcanındadır. Repçinin oğlu sevimli iti ilə vaxt keçirərkən.



9. Natavan Həbibi Bakıda olmasa da, fanatları onu yaddan çıxarmırlar. Fanatlardan biri Elnurun əl işi...



10. "Eurovision 2010" təmsilçimiz Safura Əlizadə yerli jurnallardan birinin qonağı olub. Müğənni al-əlvan rənglərlə göz oxşayırdı.



11. Hamilə müğənni Samira həmkarı Günay İbrahimli ilə bir arada.



12. Sevda Zamiq isə pioner obrazında "Sehrli xalat" videoçarxına çəkildilər.




13. "Vətən oğulları" - gənc müğənnilər Azad Şabanov Amil Həsənoğlu çəkdirdikləri şəklə məhz bu adı verdilər.



Aytac
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.