Seriallar

Məşhur serialın bitməyinə 8 seriya qaldı - VİDEO - FOTO

22 Aprel 2017 09:59
6 Şərh     Baxış: 5 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Kara Sevda"nın çəkilişlərinin bitməyinə 8 seriya qalıb".

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ötən gün nişanlısı və yaxın dostu ilə birlikdə gəzintiyə çıxan məşhur aktyor, "Kara Sevda"nın qəhrəmanı Burak Özçivit deyib.

Dünən nişanlısı Fahriye Evcen və həmkarı Uğur Aslan ilə birlikdə Arnavutköydəki balıq restoranına gedən Burak jurnalistlərə açıqlama verib.

O, bildirib ki, serialın çəkilişləri bitən kimi Fahriye ilə toy edəcək. Aktyor qeyd edib ki, toyu heç bir sponsorun köməyi olmadan, öz hesablarına edəcəklər.

( Videonu izləmək üçün şəklə klikləyin )

Sualları gülərək cavablandıran məşhurlar avtomobilə minərək məkandan ayrılıblar.

Qeyd edək ki, Burak Özçivit və Uğur Aslan hazırda "Kara Sevda" serialına çəkilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.