Seriallar

Məşhur türk aktyorları nəyə yatırım edirlər? - FOTO

30 Mart 2017 23:24
1 Şərh     Baxış: 4 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1-Halit Ergenç

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Muhteşem yüzyıl serialı ilə daha çox məşhurluq qazanan aktyor Halit Ergenç qardaşı oğlu Əziz Akül ilə birlikdə PONDR adlı yeni bir mobil tətbiq yaradıblar. Bu tətbiqin xüsusiyyəti isə istifadəçilərinin çəkdikləri fotoşəkillər haqqında izləyicilərindən sürətli rəy alabilməyini təmin etməsidir.

2-Tuba Büyüküstün

Məşhur aktrisa gözəl olduğu qədər də çox ağıllı bir sahibkardır. Anası və atası ilə birlikdə sərvət xərcləyib Istro elektron texnologiyalarına və Baykon sənaye şirkətlərinə sərmayə yatırıblar. O həmçinin Avropa ölkələrində də yatırım etmək üçün şirkətlər axtarışındadır.

3-Necati Şaşmaz

Kurtlar vadisi serialından tanıdığımız məşhur aktyor Necati Şaşmaz sərmayələrini böyük qardaşı ilə birlikdə edir.Heyvandarlıq sahəsinə yatırım edən aktyor təkcə ərazi üçün 6 milyon dollar xərcləməli olub.

4-Azra AKIN

2002-ci ildə Dünya Gözəli seçilən gənc və gözəl aktrisa, sərmayələrini öz sektoruna edənlərdəndir. Amerikada kurslara qatılan Akın, İstanbulun ən məşhur məhəllələrindən biri olan Nişantaşında aktyorluq məktəbi qurub. Gözəl aktrisa bu işlə uğur qazanlb sərvətini artırmaq istəyir.

5-Kenan İmirzalıoğlu

Məşhur aktyor Kenan İmirzalıoğlu yatırımını əmlak sektoruna edir. Cahangir və Taksim bölgələrində aldığı köhnə binaları bərpa edib, təkrar satışını həyata keçirir. Eyni bölgədə bir çox mənzili olduğu və kirayə gəlirlərinin çox yüksək olduğu məlumdur.

6-Barış ARDUÇ

Son zamanlar uğur qazanan gənc aktyor markalaşağa sərvət xərcləyir. Böyük qardaşı ilə birlikdə ortaq şəkildə ARD STORE adlı marka quran aktyor uğurunu ticarətdə də davam etdirir.

7-Seray Sever

Seray Sever ağıllı bir sərmayə edib. 200.000 $ xərcləyərək CBD KOZMETİK adlı şirkət yaradıb.

8-Rojda Demirer

Siyahının ən fərqli insanlarından biri ojda Demirerdir. Gözəl aktrisa bacısı ilə birlikdə sərmayə edib. Təxminən 85.000 $-lıq bir investisiya ilə İstanbulda(Nişantaşında) şokolad mağazası açıb.

Uşaqlıqlarından bəri belə bir mağaza açmağı arzulayan bacılar Amerikada da bu işi davam etdirmək fikrindədirlər.

10. Burak Özçivit

Reklamlardan və çəkildiyi seriallardan milyonlarla gəlir əldə edən məşhur aktyor yatırımını əmlak sektoruna edir və özünün şəxsi restoranı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.