Seriallar

Beren Saatın yeni serialı bəlli oldu

17 Mart 2017 21:57
1 Şərh     Baxış: 4 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Beren Saatın yeni rolu açıqlanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Medyapım"ın hazırladığı "Qadın" serialında baş rolda çəkiləcək. 

B.Saat serialda həyat yoldaşını itirmiş, 2 uşağı ilə tək qalan bir qadını canlandıracaq. 

Serialın ssenarisi yapon istehsalı olan və Yuji Sakamoto tərəfindən yazılan "Woman"dan götürülüb. "Medyapım" bundan əvvəl Y.Sakamotonun yazdığı "Mother" serialının da yerli "Anne" adlı versiyasını çəkib.

Beren bundan başqa bu il İlker Kaleli ilə bir filmdə də oynayacaq. 

Xatırladaq ki, aktrisa ən son "Möhtəşəm yüz il: Kösəm" serialı ilə tamaşaçı qarşısına çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.