Seriallar

"Vatanım sensin" izləyicilərinə pis xəbər

23 Fevral 2017 14:21
1 Şərh     Baxış: 3 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən reytinqli seriallardan biri olan "Vatanım sensin" bu həftə yayımlanmayacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, serialın prodüseri bu barədə açıqlama verib.

O, çəkilişlərin başa çatdırılmaması səbəbindən serialın bu gün efirə getməyəcəyini bildirib.

Digər tərəfdən isə həm "Survivor" yarışının, həm də "Beşiktaş"-"Apoel" futbol qarşılaşmasının eyni gündə yayımlanması reytinqlərə təsir etdiyi üçün "Kanal D"nin serialı bu həftə dayandırdığı iddia edilir.

"Vatanım sensin"in növbəti seriyası martın 2-də efirə gedəcək.

Qeyd edək ki, bu yayım siyasətini kanal daha öncə də tətbiq etmişdi. Belə ki, "Aşk-ı Memnu" və "Kurtlar Vadisi Pusu" serialları da futbol oyunları zamanı yayımlanmırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.