Seriallar

Burak Özçivit şəxsi həyatından danışdı: "Evlilik təklif edəndə..."

14 Fevral 2017 22:02
7 Şərh     Baxış: 6 313

Serialları ilə ərəb dünyasında çox sayda izləyicisi olan aktyor Burak Özçivit Küveyt kanallarının birində yayımlanan proqramda sualları cavablandırıb.
Milli.Az axşam.az-a istinadən Türkiyə mətbuatına istinadən həmin müsahibəni təqdim edir:

- Seriallarda və filmlərdə sizi həmişə romantik rollarda görürük. Həqiqətən romantik birisiniz?

- Bizə verilən ssenariyə uyğun olaraq rolu layiqincə oynamağa çalışırıq. Ancaq həqiqətən də elə obraz yarada bilmişiksə, bu, onu göstərir ki, işimizin öhdəsindən gələ bilmişik.

- Sevgilinizə romantik evlilik təklifi etdiyiniz gecəni kim və necə təşkil edib?

- O gecə üçün mütəxəssislərdən yardım almamışam, dostlarım dəstək olub. Ancaq ən böyük dəstəyi bacım verdi. Onun sayəsində evlilik təklifi daha gözəl alındı.

- Fahriya üçün yemək bişirirsiniz?

- Çətin sualdır. Yemək bişirməyi bacarmıram. Bu, atamın işidir. Amma o, hansı yeməyi sevirsə, onu bişirmək üçün əlimdən gələni edərəm.

- Sevginizi qarşı tərəfə necə göstərərsiniz?

- Türk kişisi çox danışmağı sevmir, mən də istisna deyiləm. Məhəbbətimi sözlərlə deyil, daha çox hərəkətlərimlə göstərməyi üstün tuturam.

- Sizi gələcəkdə də romantik filmlərdə görəcəyik?
- Romantik sevgi filmlərini sevirəm, amma özümü komediyada da sınamaq istəyirəm. Rejissorluğu mənə aid olan "Kardeşim Benim" komediya filmi idi. Yeri gəlmişkən hər kəsə müjdə verim, indi də həmin filmin ikinci hissəsini çəkməyə hazırlaşırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

7 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 14 Fevral 22:2222

    Gozel cutluk...

    Cavab yaz
  • Anonim
    Dəniz · 14 Fevral 22:3424

    Qızdan heç xoşum gəlmir

    Cavab yaz
  • Anonim
    Men · 14 Fevral 23:0844

    Bu qız mininnen gezib indide bunan guyaki evlenecekler

    Cavab yaz
  • Anonim
    Hm · 14 Fevral 23:1831

    Soz verirem bu milli aza baxmiyacam ama maqnitdi cekir adami eseblerinen oynuyurlar adamin temiz biri orasin kesdirir biri burasin duzeldirdirir hamisi yalanci sou biznesdiler pul biznesidi hamisi cixirki gorum meni beyensiler toya devet etsinler ozlerin cole qoya qoya yiyeleri yoxdu bunlarin biyabirciliqdi bir soznen

    Cavab yaz
  • Anonim
    ? · 15 Fevral 11:5220

    Bu Özcan Dənizlə öpüşən qız deyil?

    Cavab yaz
    • Anonim
      GULLER XANIM · 16 Fevral 18:4400

      Ecebdi nolsun

      Cavab yaz
  • Anonim
    Alekberova · 15 Fevral 18:0500

    Hə odur. "Yapraq dökümü"-ndəki qızdı. Nejla-dı nədi Leylanın bacısı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.