Seriallar

Türkiyədə seriallara cəza - YENİLƏNİB - FOTO

23 Yanvar 2017 14:29
10 Şərh     Baxış: 12 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:29

Türkiyənin Televiziya və Radio Şurası (RTÜK) cəzalandırılan serialların adlarını açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şura "İçerde", "Anne", "Arka Sokaklar", "Kırqın Çiçekler" və "Kalbimdeki Deniz" seriallarına pul cəzası tətbiq edib.

"İçerde" serialı vulqar ifadələr işlədildiyinə, işgəncə və şiddət səhnələrinə görə 380 min lirə (təxminən 190 min manat) məbləğində cəzalandırılıb.

Qurum "Anne" serialında şiddət səhnələrinin "Mələk" obrazını canlandıran uşaq aktrisa Beren Gökyıldızın real həyatına da mənfi təsir edə biləcəyini söyləyərək, seriala 270 min lirə (təxminən 135 min manat) məbləğində cəza tətbiq edib.

"Arka Sokaklar" təcavüz səhnəsinə görə cazalandırılıb. Məbləğ 435 min lirə (təxminən 217 min manat) olub.

"Kırqın Çiçekler" uşaq istismarı səhnələrinin nümayişinə görə 510 min lirə (təxminən 255 min manat) məbləğində cəza alıb.

"Kalbimdeki Deniz" isə uşaq və gənclərin psixologiyasına mənfi təsir etdiyi iddiası ilə 315 min lirə (təxminən 153 min manat) məbləğində cəzalandırılıb.

----------

11:10

Türkiyənin televiziya və radio şurası (RTÜK) bəzi türk seriallarını cərimələyib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, həmin seriallarda təcavüz, doğum, döyüş səhnələrinin olması onların külli miqdarda pul ilə cərimələnməsinə səbəb olub. 

Ən çox pul cəzası qoyulan isə "Kırqın çiçekler" serialı olub. Belə ki, ekran işindəki doğum səhnəsinə görə RTÜK 510 min lirə cərimə təyin edib.

Qeyd edək ki, cərimələnən seriallar arasında "İçerde", "Arka Sokaklar"ın da adı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.