Seriallar

"Kiralık aşk"da üç yeni obraz - FOTO

27 Avqust 2016 11:37
8 Şərh     Baxış: 3 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Star TV ekranlarında yayımlanacaq "Kiralık aşk" yeni mövsümə sürprizlərlə başlayacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, baş rollarında Elçin Sanqu, Barış Arduç, Salih Bademci, Nergis Kumbasar və Onur Büyüktopçunun yer aldığı seriala daha bir ad daxil olub.

Belə ki, Gizem Denizci yeni mövsümdə "Kiralık aşk"da görünəcək. O, indiyə kimi "Aşk yeniden", "Sen benimsin", "Evim sensin" kimi layihələrdə iştirak edib.

Yeni mövsümdə "Eşkiya dünyaya hükümdar olmaz" serialından ayrılan Müjde Uzman da "Kiralık aşk"ın qəhrəmanlarından olacaq. O, "Seda Berensel" obrazını canlandıracaq.

Seriala yeni qatılan Seçkin Özdemir isə "Pamir Marden" obrazı ilə tamaşaçı qarşısına çıxacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.