Seriallar

Bergüzar Korel xərçəng xəstəsidir?

30 İyul 2016 18:34
7 Şərh     Baxış: 5 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Bergüzar Korel dünən İstanbulun Etiler istiqamətində grüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərlə söhbət edən aktrisa həyat yoldaşı Halit Ergençlə birgə çəkiləcəyi "Vatan haini" serialı haqda danışıb:

"Məşqlər başlayıb. Həssaslıqla işləyirik. Tarixi serial olduğu üçün əlimizdən gələnin ən yaxşısını edək deyə, gecə-gündüz işləyirik".

O, Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra "vətən xaini" ifadəsinin gündəmə gəlməsi səbəbinə görə serialın adının dəyişdiriləcəyi haqda məlumatsız olduğunu deyib:

"Adını bilmirəm, ssenari dəqiq dəyişməyəcək".

34 yaşlı aktrisa bu yaxınlarda onun döş xərçəngi olması haqda yazılanları da şərh edib:

"Yox, standart müayinəyə getmişdim. Xərçəng deyiləm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.