Seriallar

Kıvanç və Tubanın serialının ssenarisi: Fərhad və Şirin sevgisi...

26 İyul 2016 13:52
1 Şərh     Baxış: 2 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsümdə başlayacaq "Siyah beyaz" serialı ilə bağlı növbəti dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 7 dəfə ssenarisi dəyişdirilən serialın ssenaristləri Sema Ergenekon Eylem Canpolat baş rolların həyatlarında dəyişiklik ediblır.

Belə ki, ilk versiyada Tuba Büyüküstün "Şirin" adlı restoranda işləyən və əmisi ölən bir qadını, Kıvanç Tatlıtuğ isə "Fərhad" adlı, restoranda işləyən qızın arxasıyca düşən "pis adam" olacaqdı.

Yeni versiyada isə "Ferhat" "Başkan" adı verilən mafiya başçısının sağ əli, "Şirin" isə, əslində, həkim olan, lakin restoran işlədən bir qadını canlandıracaq. "Başkan" məcbur şərtlər altında "Şirin"dən tibbi yardım istəyəcək və "Ferhat"la "Şirin"in sevgisi də belə başlayacaq...

"Başkan" rolunda isə Haluk Bilginerin olacağı deyilir. Lakin hər zaman həftədə 2-3 gündən çox işləmək istəmədiyini və 60 min lirədən aşağı qonorara razılaşmayan, teatra üstünlük verən aktyorun bu rolu qəbul edəcəyi şübhəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.