Seriallar

Elməddin Yolçuyevin gözünü yolda qoydu

29 May 2016 13:54
0 Şərh     Baxış: 2 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Allahverdi Yolçuyev seriallara çəkilmək arzusundadır. 

Publika.az xəbər verir ki, aktyor rejissorlardan təklif gözləyir: "Çox istərdim ki, mən də seriallara çəkilim, amma hələ ki, dəvət edən yoxdur. Elməddin Cəfərov mənə söz vermişdi ki, serialında çəkəcək, amma hələ ki, xəbər-ətər yoxdur. Gözləyirəm. Yəqin, mənə uyğun rol görmür, görsə, çağırar".
 
Yolçuyev təsadüfi insanların filmlərə çəkilməsindən narazılıq edib: "Bir də görürsən, avtobus sürücüsünü, yaxud da küçədən keçən insanı gətirib filmə çəkirlər. Əvəzində peşəkar aktyorlar qalırlar qıraqda".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.