Seriallar

Aktyorlardan "Paramparça"dakı açıq-saçıq səhnələrə etiraz - FOTO

2 May 2016 20:09
4 Şərh     Baxış: 6 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Star TV-nin sevilən seriallarından olan "Paramparça"nın gənc aktyorları reytinq üçün ssenariyə əlavə olunan açıq-saçıq səhnələrdən narahat olublar.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reytinqli serial ətrafında söz-söhbət hələ də səngimir. 

Baş rol ifaçısı Erkan Petekkaya və Nurgül Yeşilçayın öpüşmə səhnəsi ətrafında yaranan qalmaqalın məhkəməyə daşınmasının ardından gənc aktyorlar da ssenariyə daxil edilən açıq-saçıq səhnələrə etiraz ediblər.

İddialara görə, Erkan Petekkaya ilə problem yaşayan Nurgül Yeşilçayın 52-ci hissədə serialı tərk etməsiylə ssenaristlər reytinqi salmamaq üçün gənc oyunçular Alina Boz və Leyla Tanların səhnələrinə üstünlük veriblər. Serialda Yeşilçayın qızı Hazalı oynayan Bozun yer aldığı hissələrə də açıq-saçıq səhnələr əlavə edilib. Gənc aktrisa bu vəziyyətdən narahat olduğunu prodüser və rejissora bildirməsinə baxmayaraq, ssenaridə heç bir dəyişiklik edilməyəcəyi bəlli olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.