Seriallar

"Burak Özçiviti zibillikdən çıxardım" - FOTO

29 Noyabr 2015 18:09
15 Şərh     Baxış: 12 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış türkiyəli prodüser və stilist Erkan Özerman tələbələrinin vəfasızlığından danışıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Best Model of Turkey" və "Best Model of The World"un yaradıcısı olan Erkan Özerman tələbələrinin içindən ən çox Kıvanç TatlıtuğBurak Özçivitdən incidiyini deyib:

"Kenan İmirzalıoğludan Kıvanç Tatlıtuğa, Tolqahan Sayışmandan Burak Özçivitə qədər xeyli insanı məşhur etmişəm. Hələ Deniz Akkaya, Şenay Akayı demirəm. Elə ən vəfalı tələbəm də Şenay xanımdır. Bir çoxları isə ona çörək verəni çox sürətlə unudurlar. Burak Özçivit fotostudiyada adi bir işçi idi. Dostumun təklifi ilə onu yarışa dəvət etdim. Seçim vaxtı ölkədən gedəsi oldum və geri qayıdanda seçilənlər arasında onun olmadığını, fotosunun zibil qutusuna atıldığını gördüm. Zibillikdəki fotolar arasında Burak Özçivitinkini tapıb çıxardım. Baxın, indi haralardadır. Məni məyus edən şey isə onun həmin olayı anladarkən "Təşkilatçılardan biri şəklimi zibillikdən gətirdi" deməsidir. "Buralara məni Erkan Özerman gətirdi, təşəkkür edirəm" deməsi bu qədərmi çətindir?"
 
Məşhur prodüser Kıvanç Tatlıtuğun da ona qarşı vəfasızlıq etdiyini, yalan danışdığını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.