Seriallar

"Fatmagülün suçu nə?" hələ də gündəmdədir - FOTO

5 Sentyabr 2015 00:15
1 Şərh     Baxış: 2 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peruda "Fatmagülün suçu ne" serialı məşhurluğun zirvəsindədir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, serial üçün yarışma keçirilib. Belə ki, 2 min nəfər adamdan seçilən iki qalib "Rahni" obrazını canlandıran Bülent Seyran ilə görüşmək üçün İstanbula gəlib.

Serialın rekord qırdığı Perunun tanınmış telekanalları isə aktyorla müsahibə hazırlayıblar. Keçirilən yarışmanın şərtlərinə görə bütün seriyaları əzbər bilən və istənilən səhnəni canlandıran 2 nəfər aktyorla görüşmək imkanı qazanıblar.

Qeyd edək ki, Beren Saatın baş rolda oynadığı "Fatmagülün suçu ne" serialında Bülent Seyran Fatmagülün qardaşını canlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.