Seriallar

Serialda qalmaqal, çəkilişlər dayandı

28 Avqust 2015 16:29
0 Şərh     Baxış: 5 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kara Sevda" serialının çəkilişlərində qalmaqal baş verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Burak Özçivit, Neslihan Atagül, Zerrin Tekindor və Melisa Aslı Pamukun baş rollarda oynadığı, Anıl Eke ilə Özlem Yılmazın ssenarisi əsasında çəkilən ekran işində aktyor Furkan Andıç problem yaradıb.

Burak və Neslihanın sevgili olduğu serialda mənfi obrazı canlandıran Furkanın çəkiliş meydançasına hazırlıqsız gəlməsi onun heyətdən kənarlaşdırılmasına səbəb olub. Serialın yayımı isə oktyabra kimi təxirə salınıb.

Qeyd edək ki, "Kara Sevda"nın çəkilişləri martda başlamışdı, amma rejissor Volkan Kocatürkün Z.Tekindorlə dalaşmasına görə, Volkanın yerinə "Aşk-ı memnu"nun rejissoru Hilal Saral gətirilmişdi. Çəkilişlər isə sentyabra qədər dayandırılmışdı. 

Serialın bu yaxınlarda yayılan ilk treylerləri isə tamaşaçılar tərəfindən bəyənilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.