Seriallar

Naibə Allahverdiyeva yeni serialda - FOTO

27 Avqust 2015 00:10
20 Şərh     Baxış: 7 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Naibə Allahverdiyeva yeni seriala çəkilir. Aktrisa bu haqda Milli.Az-a danışıb:

""Qardaşlar" adlı yeni seriala dəvət almışam. Mən bu serialda Natella rolunu oynayıram. Natella meşşan xarakterli qadın obrazıdır. Serialın rejissoru Ramin Hacıyevdir. Bu kollektiv ilə mən "Qız atası" serialında da işləmişəm. Hər iki seriala məni Elməddin dəvət edib. Bu serialdan əvvəl məni çox yerlərə dəvət etmişdilər, amma kollektiv xoşuma gəlmədiyindən getməmişdim. Bu serialın kollektivi çox yaxşıdır. Çünki serial kollektiv bir işdir. Ekran işində mənimlə birlikdə Ənvər Abbasov, Elnur Hüseynov, Tərlan Nur Yaşar, Samid Ağayev, Ələkbər Əliyev, Tünzalə Əliyeva, Vüsalə Əlizadə, Fərda Xudaverdiyev, Vəfa Zeynalova da çəkilir. İnanıram ki, çox gözəl bir serial ortaya çıxacaq. Yenə də son sözü tamaşaçılar deyəcək".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.