Seriallar

"Kösem Sultan"ın çəkilişindən ilk FOTOlar

21 Avqust 2015 18:25
2 Şərh     Baxış: 2 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Star TV-də oktyabrın 1-dən etibarən başlayacaq "Möhtəşəm yüz il: Kösem Sultan" serialının çəkilişləri başlayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Yunanıstanın Sakız adasında baş tutan ilk seriyalarda "Kösem"in kiçik yaşda, adı hələ "Anastasiya" olan zaman qaçırılıb saraya gətirilməsi yer alacaq. 

"Kösem Sultan" rolunu Beren Saat oynayacaq, amma obrazın 17 yaşlı halı üçün yunan aktrisa ilə razılıq əldə olunub. B.Saat isə ekran işində 13-cü seriyadan etibarən görünəcək.

Serialın ilk hazırlığı 30 milyon lirəyə (təxminən 11 milyon manat) başa gəlib.

Qeyd edək ki, ekran işində Türkiyənin tanınmış aktyor və aktrisaları iştirak edəcək:
Beren Saat, Kadir Doğulu, Mete Horozoğlu, Fikret Kuşkan, Hülya Avşar, Aslıhan Gürbüz, Erkan Kolçak, Ekin Koç, Berk Cankat, İlker Kızmaz Bade İşçil...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.