Seriallar

Mervenin xına gecəsi oldu - FOTO

19 Avqust 2015 14:38
3 Şərh     Baxış: 3 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Murat Dalkılıçla avqustun 24-də toyu olacaq aktrisa Merve Boluğurun xına gecəsi olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, xına gecəsində əvvəl ağ libas geyinən Boluğur növbəti saatlarda ənənəvi geyimdə olub. 

Rəfiqələri ilə bir yerdə xına gecəsinə aid bütün ritualları yerinə yetirən aktrisanın geyimini başındakı tac tamamlayıb. Bu görünüşdə hər kəs onu "Möhtəşəm yüz il" serialında canlandırdığı Nurbanu obrazına bənzədib.

27 yaşlı Mervenin şad günündə aktrisalar Pelin Karahan, Ceylan Çapa, Eliz Sakuçoğlu kimi adlar iştirak edib. 

Qəflətən gecəyə qonaq gələn bəy - Murat Dalkılıç sevgilisi ilə bir yerdə mahnı da oxuyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.