Məşhur cütlük Burak Özçivit və Fahriye Evcen Cihangirdə görünüblər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Burak bığlarını kəsdirdikdən sonra Fahriyenin ona xaricdən yalançı bığ gətirməsi xəbərinə çox güldüyünü deyib.
Ardınca Fahriye: "Mən onu hər halı ilə bəyənirəm. Hər halı ilə aşiqəm", - deyə fikrini bildirib. Sevgilərini gizlətməyən cütlük fotokameralara poza da verib.
Qeyd edək ki, Burak Özçivit dörd il öncə "Möhtəşəm yüz il" serialı üçün bığ saxlamışdı.
Milli.Az