Bu yay Kerem Bürsinlə baş rolda çəkildiyi "Hüzünden Öte" ("Kədərdən o tərəfə") filmi təxirə salındığı üçün Fahriye Evcen istirahət edir.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Evcen dünən gecə getdiyi restorandan paylaşdığı foto ilə diqqət mərkəzinə düşüb.
Paylaşımdan sonra qısa müddətdə sual yağışına tutulan aktrisa 15 dəqiqə sonra həmin fotonu silməli oldu. Belə ki, təqibçiləri onun botoks etdirdiyini hiss etdiklərini deyərək üzünün bu halının bəyənmədiklərini bildiriblər.
Milli.Az