Seriallar

Müğənni evi tərk edən əri ilə alış-verişə çıxdı - FOTO

11 İyul 2015 16:41
0 Şərh     Baxış: 3 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni və aktrisa Yeşim Salkım evi tərk edən aktyor həyat yoldaşı Hakan Eratiklə alış-verişə çıxıb. 

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, qızları Ada da yanlarında olan cütlük jurnalistlərin suallarını cavablandırmayıb.

Müğənni müxbirlərə "Heç nə soruşmayın, cavab olmayacaq. Kiçik problem idi. Çətin vaxtlarımızdır, ümid edirəm, yoluna qoyacağıq", - deyə reaksiya göstərib. H.Eratik isə: "İndi bu mövzuların yeri deyil", - söyləyib.

Qeyd edək ki, Yeşimlə Hakan 2009-cu ildə ailə qurublar. H.Eratik ötən ay evi tərk edərək Y.Salkımdan boşanmaq istədiyini bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.