Seriallar

Məşhur türk seriallarının müəllifi canından bezdi

4 İyul 2015 21:44
1 Şərh     Baxış: 2 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Süper baba", "Deli yürek", "Yabancı damat", "Aliye", "İkinci bahar" kimi reytinq rekordu qıran serialların ssenaristi Güliz Kucur intihara cəhd edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ssenarist İstanbulda yaşadığı evin pəncərəsindən özünü atmaq istəyib. Gülizi binanın təmizlik işlərinə baxan şəxslər xilas ediblər. Ətrafdakılar və hadisə yerinə gələn polis 

G.Kucuru özünü öldürmək fikrindən döndərə bilməsələr də, ssenaristin fikri yayınan zaman onu sakinlər tutaraq pəncərədən uzaqlaşdıra biliblər. 

Uzun müddət təcili tibbi yardım maşınına minmək istəməyən Güliz həkim müayinəsindən keçmədən aparıldığı xəstəxanadan da qaçıb. O, polisə ifadə vermək istəməyib. G.Kucurun iqtisadi baxımdan çətinlik çəkdiyi ehtimal olunur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.