Seriallar

Türkiyənin məşhur serialı kanal dəyişir

26 İyun 2015 18:20
7 Şərh     Baxış: 4 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin fenomen serialı "Arka Sokaklar" növbəti sezondan yeni kanalda yayımlanacaq. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, mətbuatda serialın bu mövsüm final edəcəyi və "Kanal D" ekranlarında son dəfə yayınlanacağı iddia olunurdu. Məsələ ilə bağlı serialın istehsalçı şirkəti "Erler Film" rəsmi açıqlama yayaraq bütün söz-söhbətlərə son qoyub.

Rəsmi açıqlamada deyilir: "Son bir neçə gün ərzində mətbuatda "Arka Sokaklar" serialının final edəcəyi yazılır. "Arka sokaklar" serialı növbəti mövsümdən başqa bir televiziya kanalında yayımına davam edəcək.

Serialın çox sevilən qəhrəmanları, rejissoru, köməkçiləri, texniki heyət əskiksiz yoluna davam edəcək. Eyni zamanda, seriala yeni tanınmış aktyorlar da daxil olacaq. Macera - komediya janrındakı serialımız yeniliklərlə yenidən tamaşaçıların qarşısına çıxacaq", - deyə bəyanatda qeyd edilir. 

Xatırladaq ki, "Arka Sokaklar" serialı 9 ildir ki, "Kanal D" ekranlarında yayımlanırdı. Böyük bir komandanın ərsəyə gətirdiyi serialın bu günə kimi 376 seriyası çəkilib. Serialın "Kanal D"dəki son bölümü iyunun 26-da Bakı vaxtı ilə saat 22:00-da ekranlara gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.