Seriallar

"Kurtlar Vadisi"ndə dəyişiklik: əfsanə geri dönür

2 İyun 2015 14:11
0 Şərh     Baxış: 7 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar Vadisi"nin əfsanəsi geri qayıdır. Anspress-in məlumatına görə, "Kurtlar Vadisi Pusu" serialaından ayrılan əfsanəvi qəhrəman Abdulhey geri qayıtmaq haqqında qərar qəbul edib.

Uzun illər serialda rol alan, lakin ötən mövsümdə serialdan çıxan Kənan Çoban çəkiliş meydanından uzun müddət aralı qala bilməyib. 10 ildən çox zamanda adıçəkilən serialda çəkilən aktyor monotonluqdan bezmişdi.

Ssenariyə görə, öldürülərək çıxarılan Abdulhey başqa bir filmdə baş rolu ifa etsə də, gözlədiyi uğuru qazana bilməmişdi.

Oynadığı filmlərin reytinq qurbanı olduğunu görən aktyor "Pana" filmlə əlaqə yaradaraq geri qayıtmaq istədiyini deyib. Bundan sonra "Kurtlar Vadisi Pusu"nun ssenarisinə dəyişiklik edilib.

Abdulhey xarakteri üz nəqli olmuş şəkildə geri qayıdacaq. Onun hansı seriyadan etibarən qayıdacağı isə bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.