Seriallar

Məşhur aktrisa evdə ana oldu

12 Aprel 2015 15:43
1 Şərh     Baxış: 3 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
O, özünü xəstəxanaya çatdıra bilmədiyi üçün həkimini evə çağırıb

Türkiyənin məşhur aktrisası, Azərbaycan tamaşaçılarını isə daha çox "Kurtlar vadisi" serialından Polad Alemdarın sevgilisi kimi tanıdığı Özgü Namal uşağını evində dünyaya gətirib.

Anspress-in məlumatına görə, 35 yaşlı aktrisa doğum sancıları başlayan zaman xəstəxanaya çata bilməyəcəyini başa düşüb və həkiminə zəng edib. Evinə gələn həkim və onun köməkçisinin sayəsində Özgü Namalın oğlu olub. 3 kilo yarım və 52 santimetrlik körpəyə Nəfəs adını qoyublar.

Xatırladaq ki, aktrisa uzun zamandır reklamçı Əhməd Sərdar Oral ilə birlikdədir. Sənətçi yaxın dostlarına "oğlumuz sevgimizin simvoludur və bu dünyaya yeni bir nəfəs olacaq" deyərək övladlarının adını Nəfəs qoyacaqlarını da demişdi. Namal bir çox məşhurdan fərqli olaraq uşağı olsa da hələlik ərə getməyi düşünmür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.