Seriallar

Necati İşler pul davası döydü, istəyinə çatdı

27 Yanvar 2015 16:36
0 Şərh     Baxış: 1 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin populyar aktyorlarından olan Nejat İşlerin TRT telekanalına qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, N.İşler ilə TRT və "Renkli Türkçe Film Limited" studiyası arasında 2004-cü ildə imzalanmış anlaşmanın şərtlərinə görə, aktyor "Şeytan Ayrıntıda Gizlidir" teleserialının 13 seriyasında çəkilib.
 

Aktyor işini başa vursa da, 8 seriyaya görə pulunu ala bilməmişdi.
 

N.İşler bununla bağlı olaraq 64 min lirə məbləğində təzminat istəyirdi.
 

İstanbuldakı məhkəmə aktyorun TRT-yə qarşı iddiasını qəbul etməsə də, serialı çəkmiş "Renkli Türkçe Film" studiyasının 65 min lirə məbləğində təzminat ödəməsinə qərar verib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.