Seriallar

Məşhur serialın türk variantı çəkilir - FOTO

17 Dekabr 2014 21:48
0 Şərh     Baxış: 2 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aktrisa Farah Zeynəb Abdullah "Kurt Seyit və Şura" serialından sonra yeni təklif alıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, məşhur "Shameless" serialının türk variantını çəkən rejissor Merve Girgin "Fiona" obrazı üçün aktrisayla danışıqlar aparıldığını deyib.

"Utanmazlar" adlanan serialda əsas obraz olan "Frank" rolunu isə Haluk Bilginer canlandıracaq. Ekran işinin ssenarisini "Ümidsiz ev qadınları"nın türk versiyasını yazan Hatice Məryəm qələmə alacaq.

Serialda digər obrazlarda gəlincə "Stiv" üçün aktyor Ali Aksöz, "Şeyla"nı isə aktrisa Evrim Alasyanın oynayacağı bildirilib.

Qeyd edək ki, Türkiyə rejissorları bundan əvvəl "Desperate housewives" ("Umutsuz ev kadınları"), "Monk" ("Galip Devriş"), "Revenge" ("İntikam") kimi dünyaca məşhur serialların türk versiyasını çəkiblər.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.