Seriallar

Günay Musayevanın əri əslində kimdir? - FOTO

21 Oktyabr 2014 09:39
1 Şərh     Baxış: 5 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyəli aktyor Tolqa Karel haqqında deyilənlərə aydınlıq gətirib.

Anspress-in məlumatına görə, Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel sosial şəbəkədə ona kim olması barədə sual verənlərə cavabını verib.

9 gün əvvəl yeni yaşını qeyd edən aktyor onu hansısa bir kütlədə olmaqla ittiham edənlərin mesajlarını özünəməxsus bir şəkildə cavablandırıb.

"Mən də bunlardanam. Mesajlarda mənə yazmadığınız şey qalmadı: illuminati, dinçi, tayyibçi, ateist, camaatçı və s. Amma inciməyin, mən bunlardanam. Yəni heç tapa bilmədiklərinizdən - aid ola bilmədiklərinizdən", - deyə aktyorun yazıb paylaşdığı şəkildə arxa fonda müxtəlif siniflərə aid insanlar yer alıb.

Xatırladaq ki, "Yaprak dökümü" serialında oynadığı rolla Azərbaycan tamaşaçısına tanış olan Tolqa Karel 2011-ci ildən azərbaycanlı model Günay Musayeva ilə evlidir.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.