Seriallar

Məşhur türk aktrisa yalvarır

30 Avqust 2014 21:55
2 Şərh     Baxış: 3 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir İstanbul Masalı", "Yalan Dünya", "Salkım Hanımın Taneleri" kimi teleseriallardakı rolları ilə tanınan aktrisa Funda Şirinkal indi ağır günlər yaşayır.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, əri Rene Kannaonun bu yaxında boşanacağını bildirən F.Şirinkal övladı ilə yollandığı Maltada ev dustağına çevrilib. Onun 1 yaşlı oğlu Leonardo Deniz Kannaonun Maltadan çıxışı yasaqlanıb.
 

Aktrisanın dediyinə görə, oğlunu ərinin yanında qoyub Türkiyəyə qayıtmaq istəmədiyi üçün Maltada gözləyir.
 

Funda Şirinkal və Rene Kannaonun boşanması ilə bağlı məhkəmə prosesi sentyarın 18-də Maltanın paytaxtı Valettada olacaq.
 

Məşhur aktrisa Twitter-dəki profilində yazıb: "Çoz pris vəziyyətdəyəm. Oğlumu Maltaya, atasını görməyə apardım. Atası pasportumu oğurladı və oğlumu buraxmamaq üçün məni məhkəməyə verib.

Əvvəlcədən planlaşdırılmış oyuna düşdüm. Maltadan sentyabrın 2-də, oğlumun ad günündə bərabər qayıdacağımızı düşünsəm də, burada ev dustağına çevrildim. Çox, çox ağır vəziyyətdəyəm. Lütfən, yardım edin".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.