Seriallar

Türk aktyorlar "bal ayı"nda dalaşdılar - FOTO

30 Avqust 2014 13:31
1 Şərh     Baxış: 5 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kanal D telekanalında nümayiş olunan populyar "Küçük ağa" teleserialında baş rollarda oynayan aktyorlar Sarp LevendoğluBirce Akalay bu ayın əvvəlində ailə qurmuş, toy etmişdilər.
 

Onlar Bodrumda ikinci "bal ayı" keçirirlər.

Dünənsə S.Levendoğlu və B.Akalay arasında dava düşüb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, yeni ailə qurmuş S.Levendoğlu ilə B.Akalay çimərlikdə olarkən aktyor dostlarını görüb. O, xanımını öpüb və dostlarının yanına yollanıb.
 

Dost məclisindəkilərin çoxu isə qadınlardı. Bunu görən Birce Akalay sinirlənib və dərhal çimərliyi tərk edib.

O, avtomobilinə oturanda Sarp Levendoğlu qaçaraq maşına yaxınlaşıb, xanımını fikrindən daşındırmağa çalışıb.
 

Fəqət sinirlənmiş Birce Akalay ərinin sözlərinə əhəmiyyət verməyərək maşını işə salıb və çimərliyi sürətlə tərk edib.

Sarp Levendoğlu isə əlini yelləyərək dostlarının yanına qayıdıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.