Seriallar

Hürrəm Sultan saçını kəsdirdi - FOTO

24 Aprel 2014 11:37
2 Şərh     Baxış: 2 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisanın pərəstişkarları onun yeni saç modelini bəyəniblər

Türkiyənin izləmə rekordu qıran "Muhteşem yüzyıl" serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli imicində dəyişiklik edib.

Anspress-in xəbərinə görə, son günlər Türkiyə mətbuatının gündəmindən düşməyən Məryəm Üzərli sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Dünyaya yeni övlad gətirən aktrisa paylaşdığı şəkildə "əvvəlki və indiki halım" qeydini edərək, saç düzümündə dəyişiklik etdiyini göstərib.

Məşhur aktrisanın pərəstişkarları onun yeni saç modelini bəyəndiklərini bildiriblər.

Qeyd edək ki, "Muhteşem yüzyıl" serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə məşhurlaşan aktrisa ötən ilin may ayında "tükənmişlik sindromu"ndan əziyyət çəkdiyini bildirərək, Türkiyədə serial çəkilişlərini yarımçıq qoyaraq Almaniyaya getmişdi. Qısa müddət sonra hamilə olduğu bəlli olan Məryəm, bu ilin fevral ayında ilk övladını dünyaya gətirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.