Seriallar

"Kurtlar Vadisi"nin ulduzu onu bağışlamadı

16 Aprel 2014 11:28
0 Şərh     Baxış: 2 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən populyar teleseriallarından biri "Kurtlar Vadisi Pusu"da 4 ildən bəri "Prokuror Leyla" rolunu oynayan aktrisa Çigdem Baturun pərəstişkarına qarşı məhkəmə prosesi başa çatıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisa ötən il məhkəməyə şikayətlənərək, özünü onun pərəstişkarı kimi təqdim edən Erdinç B. adlı şəxsin təhdidlərinə məruz qaldığını bildirimişdi.


Məhkəmə materiallarına görə, ilk əvvəl Çigdem Batura Twitter-də tvitlər yollayan Erdinç B. sonradan aktrisanı gün boyu sürəkli təqib edib, telefonuna SMS-lər yazıb.


Məhkəmə prosesi başlayanda Çigdem Batura mühafizəçi təyin olunmuşdu.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.