Rusiya

Ümumrusiya Azərbaycan Konqresi Putinə başsağlığı verib

4 Aprel 2017 14:03
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən facidə ilə əlaqədar Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və onun rəhbəri professor Fazil Qurbanovun adından Rusiya prezidenti Vladimir Putinə başsağlığı verilib.

Bunu Milli.Az-a açıqlamasında ÜAK-nın İcraçı direktoru İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsi buradakı bizə, bütün azərbaycanlılarda böyük təəssüf hissi doğurub: "Hadisə nəticəsində ölənlərə Allahdan rəhmət, onların yaxınlarına səbr, yaralananların isə tezliklə sağalmasını diləyirik".

İ.Hacıyev əlavə edib ki, hadisə nəticəsində ölən və yaralanan azərbaycanlılarla bağlı dəqiqləşdirmələr davam edir: "Hazırda bizim nümayəndələrimiz də bununla məşğuldurlar. Hələlik ölən və yaralananlarla bağlı müvafiq dövlət qurumları tərəfindən lazım olan bütün işlər görülür. Lakin əlavə hansısa kömək, yardım olsa, biz də əlimizdən gələni edəcəyik. Mən bizim Sankt-Peterburqdakı konsulumuz Sultan Qasımovla danışdım. O mənə dedi ki, yaralı həmvətəniz xəstəxanada müalicə alır, vəziyyəti stabildir".

Qeyd edək ki, aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhərində metrosunda qatarda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər ölüb, 72 nəfər yaralanıb. Yaralananlardan 15-nin vəziyyəti ağır olaraq qiymərləndirilir. Hadisə qurbanları sırasında milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşları da var. Belə ki, partlayış nəticəsində Dilbarə Əliyeva adlı azərbaycanlı xanım ölüb, Zaur Əliyev adlı kişi isə yaralanıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.