Rusiya

Moskvada soyğunçuluqla məşğul olan azərbaycanlı 15 il azadlıqdan məhrum edildi

30 İyun 2016 19:28
1 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada Azərbaycan vətəndaşı Xəyal Əlizadə "Losinıy Ostrov" parkında silsilə soyğunçuluq törətdiyi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az xəbər verir ki, APA-nın RIA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, Moskva Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, həmin şəxs 2012-2015-ci illərdə 8 dəfə qarət, 5 dəfə soyğunçuluq törədib. Onun qurbanları hər dəfə avtomobillə evə qədər ötürülmək barədə razılaşdığı qadınlar olub.

O, "qurbanları"nı  "Losinıy Ostrov" parkından keçən, adam olmayan küçəyə aparıb, təhdid edib, pullarını və qiymətli əşyalarını alıb. Daha sonra onları orada qoyaraq hadisə yerini tərk edib.

Ümumilikdə o, 13 qadının 2,5 milyon rubl (təxminən 60 min manat) məbləğində pulunu alıb.

Məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun 15 azaldıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.