Dünya

Moskvada qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdi - YENİLƏNİB

12 Noyabr 2013 14:00
9 Şərh     Baxış: 4 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onu qətlə yetirən şəxsin də artıq müəyyənləşdiyi bildirilir


14:00


Rusiya paytaxtında qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşib.

Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov məlumat verib. Onun sözlərinə görə, noyabrın 12-nə keçən gecə paytaxtın Bryanskaya küçəsi, ev 3 ünvanında qətlə yetirilən şəxs 1971-ci il təvəllüdlü, Yevlax rayonunda doğulmuş Bayramov Asif İsa oğlu olub.

Onun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub. Asif Bayramovun əvvəllər məhkum həyatı yaşadığı da məlum olub.

Onun Moskvada gül biznesi ilə məşğul olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Həmyerlimiz qətlə yetirən şəxsin artıq müəyyənləşdiyi də bildirilir. Onun tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.


----------
09:37

Ötən gecə Moskvanın qərbində Azərbaycan vətəndaşı olan kişinin cəsədi tapılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü azərbaycanlı aldığı çoxsaylı yaralar nəticəsində dünyasını dəyişib.

Hadisənin təfərrüatları haqqında, hələ ki, məlumat yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.