Din

FƏTVA: "Orucu yalnız varlı müsəlmanlar tutmalıdır" - VİDEO

30 May 2017 15:53
11 Şərh     Baxış: 3 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Müsəlman Alimlər Birliyi oruc tutulması ilə bağlı qeyri-adi fətva verib.

Milli.Az apa.tv-ə istinadən xəbər verir ki, birliyin rəhbəri və Avstraliya müftisi Mustafa Rəşid ABŞ telekanallarından birinə verdiyi müsahibədə orucun ancaq varlılar üçün vacib olduğunu deyib. Kasıblar isə könüllü şəkildə oruc tuta bilər.
 
Müfti fərqli ölkələrdə kasıblığın da fərqli olacağını, Misir üçün aylıq qazancı 500 dolları keçməyən birinin kasıb sayılacağını deyib: "Orucun məqsədi kasıbın qarnını doyurmaqdır və bir insan hər gün bir kasıbın qarnını doyurursa, bu, ən yaxşı orucdur".
 
Bununla belə, fətvanın kasıb insanlara orucu buraxmaq çağırışı anlamı daşımadığını, əsl məqsədin orucun prinsiplərinin anlaşılması olduğu bildirilib.
 
Başqa din alimləri isə fətvanın İslam hüququna uyğun olmadığını, ağlı başında olan, səyahət etməyən və sağlam hər müsəlmanın oruc tutmasının lazım olduğunu bildirir.
 
Müfti Mustafa Rəşid maraqlı yanaşmaları ilə tanınır. O, bir müsəlmanın sərxoş olmadıqca alkoqol istifadə edə biləcəyini deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tanınmış İslam alimi:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.