Din

"İşimizə qarışmalarına imkan yaratmamalıyıq”

30 Sentyabr 2016 12:58
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başqa dövlətlərin işimizə qarışmasına imkan verməməliyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib: "Mən turist axınının əleyhinə deyiləm, bu sahədə inkişafın tərəfdarıyam. Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırsa, bəzi məsələlərin düzgün olmadığını deyirsə, bu, gələcəkdə bizim üçün çətinliklər yarada bilər. Bu gün, ola bilsin, bunu görməyək, lakin 5-6 ildən sonra xüsusən cavanlarımıza böyük təsir göstərə bilər. Bunun qarşısını almaq üçün dövlətin tədbiri olmalıdır, bütün bu məsələlərə fikir vermək lazmdır".

Şeyxülsilam əlavə edib ki, bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur: "Nəyimiz varsa, bizimdir, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənim həyatımdır, xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin bizim işimizə qarışmasına imkan yaratmamalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.