Din

Azərbaycanlı zəvvarlar üçün ayrılan yerlərin sayı azaldıldı

2 May 2016 16:40
1 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan bu il həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı azaldılıb.

Milli.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar üçün ayrılan yerlərin sayı 1500-dən 1040-a endirilib. Ayrılan 1040 yerdən 600-ü nisbətən şəraiti zəif olan ziyarət xidməti üçün, 440-ı isə VİP ziyarət xidməti üçün nəzərdə tutulur.
 
Kvotanın endirilmə səbəbi açıqlanmasa da, bildirilir ki, ayrılan yerlərdən artıq müraciət olduğu halda, əlavə yerlərin alınması gözləniləndir. Xatırladaq ki, bu say ötənilki kvotadan 4 dəfə azdır.
 
Aprelin 1-dən Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, 4 nəfərlik otaqlarda yerləşmək üçün 4500 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün isə 3500 dollar tələb olunur. Dolların məzənnəsinə görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.