Mədəniyyət

Azərbaycanlı yazıçı beynəlxalq mükafat aldı

23 Oktyabr 2013 12:18
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, tanınmış yazıçı Qərib Mehdi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib və Beynəlxalq "Altın Yıldız" medalına layiq görülüb. Yazıçıya bu mükafat türk dünyasının ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətə, eləcə də türkçülüyə xidmətə görə verilib.

Qərib Mehdi 38 kitabın müəllifidir. Onun yaradıcılığında həyatın özü, pedaqoji, ekoloji sahələr, eləcə də digər mövzular əsəs süjet xəttidir. Qərib Mehdinin əsərləri dünyanın 18 dilinə tərcümə olunub.

Yazıçı Qərib Mehdi: "Türkiyə mətbuatında, qəzetində, jurnalında vaxtaşırı mənim bir neçə yazılarım çıxıb. Türk oxucusu mənim yaradıcılığımla xüsusi ilə tanışdır. Bunu nəzərə alaraq bu medalı mənə veriblər".

Qərib Mehdi ədəbiyyatdakı xidmətə görə indiyədək respublikamızda bir çox ali mükafatlara layiq görülüb. Beynəlxalq mükafatı isə yazıçı ikinci dəfədir ki, alır. Bundan əvvəl isə Qərib Mehdi "Ədəbiyyat qarşısındakı böyük xidmətlərinə görə"  Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsi tərəfindən "Şərəf və Vicdan" ordeni ilə təltif olunub.

Q.Mehdi: "Demək istiyirəm ki, hər bir mükafat yazıçını yeni yaradıcılıq pillələrinə ruhlandırır. Bu ödül də təsdiq edir ki, mən düz yoldayam, mən bir qələm sahibi kimi həyatı bundan sonra da doğru-düzgün yazmalıyam".

Beynəlxalq "Altın Yıldız" medalını dünyanın 15 ölkəsindən olan bir sıra tanınmış şəxslər alıblar. Respublikamızda isə bu mükafata 7 nəfər layiq görülüb. Gəncə ədəbi mühitindən isə bu medalı yalnız Qərib Mehdi alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.