Bölgə xəbərləri

Gəncədə Məcburi Köçkünlər üçün inşa olunan binaların tikintisi sürətləndirilib - FOTO

19 İyul 2013 19:59
Baxış: 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, məcburi köçkünlərin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün Gəncədə inşa olunan beşmərtəbəli 25 binanın tikintisində işlər daha da sürətlənib. Bu binalarda inşaat işlərinin avqustun 15-ə qədər başa çatdırılması qərara alınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov inşaat işlərinin gedişi ilə maraqlanıb. Kompleksdə yaşayış binaları ilə yanaşı, 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi, elektron ATS və digər sosial obyektlər də məcburi kökünlərin istifadəsinə veriləcək.

Aprel ayında start verilən inşaat işlərinin 80 faizdən çoxu yerinə yetirilib. Tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Əli Həsənov işlərin daha da sürətlənməsi üçün tapşırıqlarını verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.