Hadisə, Kriminal

Azərbaycanda ağır yol qəzası: 4 avtomobil toqquşub, 5 nəfər yaralanıb, 1 nəfər həlak olub

2 İyun 2012 17:04
0 Şərh     Baxış: 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, Gəncə şəhərində ağır yol qəzası baş verib. Şəhərin Şah İsmayıl Xətai prospektində 4 avtomobil toqquşub, nəticədə 5 nəfər
yaralanıb, 1 nəfər həlak olub.

Hadisəyə səbəb kimi şəhərin dəyirman dairəsi tərəfindən gələn "VAZ-2104" markalı 20 CP 351 dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı 10 HC 643 dövlət nömrə nişanlı avtomobilin toqquşması, "Land Rover" markalı 10 OP 888 dövlət nömrə nişanlı avtomobilin isə bu toqquşmadan yayınmaq üçün ani sürətdə dönmək istəyərkən 19 H0 086 nömrəli "Hyundai" markalı yük maşınına dəyməsi göstərilir.

Qeyd edək ki, qəza zamanı həlak olan şəxs "VAZ-21011" markalı avtomobildə olub. Hadisənin dəqiq səbəbləri yol polisi tərəfindən araşdırılır.

Baş vermiş qəza nəticəsində Şah İsmayıl Xətai prospektində bir müddət avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.