Siyasət

İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

22 Dekabr 2011 12:59
Baxış: 200
İraqın xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb. Bu gün Azərbaycana rəsmi səfərə gələn İraqın xarici işlər naziri Huşyar Zibari ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində iraqlı nazirin Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər və rabitə nazirləri Elmar MəmmədyarovƏli Abbasovla görüşləri gözlənilir.

İraqın XİN rəhbərinin səfərinin yekunları üzrə mətbuat konfransı keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.