Siyasət

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Nobel mükafatı laureatı Əhməd Zevaylla görüşüb

12 Oktyabr 2011 15:59
Baxış: 179
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev oktyabrın 12-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylla görüşüb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsindən məmnun olduğunu bildirib. Əhməd Zevayl Azərbaycan Prezidenti İlham Əliyevin həmin Forumdakı nitqini, xüsusən dövlət başçısının elmin və təhsilin inkişafı haqqında fikirlərini yüksək qiymətləndirib. Əhməd Zevayl Azərbaycanda gedən inkişaf prosesinin ona böyük təsir bağışladığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev alimin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə ona minnətdarlığını bildirib. O, belə tədbirlərin beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma baxımından əhəmiyyətini qeyd edib. Müstəqilliyin 20 ili ərzində Azərbaycanda qazanılmış uğurlar haqqında söhbət açan akademik Ramiz Mehdiyev dövlətimizin ölkədə elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.