Siyasət

"Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir"

27 İyun 2017 17:51
Baxış: 588

"Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə çıxışında deyib.

Polşa Prezidenti bildirib ki, iki ölkə arasında siyasi sahədə əlaqələr uğurla inkişaf edir.

A.Duda vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.