Siyasət

Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

25 İyun 2017 17:55
Baxış: 786

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozakı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə paytaxtımızda təşkil olunan Formula-1 yarışlarının beynəlxalq səviyyədə böyük maraq doğurduğu bildirildi və bu yarışların çox yüksək səviyyədə təşkil edildiyi vurğulandı. Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak Bakıda keçirilən Formula-1 yarışlarında ilk dəfə olduğunu qeyd edərək, şəhərdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.