Siyasət

"Bakının Formula 1 hazırlığı təcrübəsindən istifadə edəcəyik" - Rusiya Baş nazirinin müavini - FOTO

25 İyun 2017 16:34
0 Şərh     Baxış: 1 427

"Bakı trası mənə çox xoş təsir bağışladı. Baxmayaraq ki, bu, şəhər yarışıdır, hər şey çox gözəldir və yaxşı təşkil edilib. Mənim çox xoşuma gəlir. Sizin təcrübənizdən də istifadə edəcəyik".   

Milli.Az xəbər verir ki, bunu Bakıda səfərdı olan Rusiyanın Baş nazinrin müavini Dmitri Kozak jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təşkilatçılıq yüksək səviyyədədir: "Əla yarış keçirilir. Bakılılara göstərdiklərər səbrə görə təşəkkür düşür. Çünki bakılıların səbri özünü doğruldur. Bakı bütün dünyada tanınmış olacaq"

Rusiya Baş nazirinin müavini qeyd edib ki, Soçi və Bakı trasları Formula 1 üzrə əməkdaşlıq edirlər: "Biz tərəfdaşıq, rəqib deyilik. Biz bir-birimizi tamamlayırıq. Çünki bu, biznesin tənzimlənən növüdür. Biz yalnız yarışların gözəlliyi və daha yaxşı təşkilatçılıq uğrunda rəqabət apara bilərik. Bir-birimizlə təcrübəmizi bölüşürük, bir-birimizə kömək edirik".

D.Kozak əlavə edib ki, təcrübə mübadiləsindən əlavə, biz dost ölkələrik: "Rusiya və Azərbaycan strateji tərəfdaşlarıq. Bakı və Soçiyə gəlincə, bilirəm ki, Bakıdakı təşkilatçılar 2014-cü ildən Soçidə iştirak ediblər, bizim təşkilatçılığımızı izləyiblər. Bu gün biz burada iştirak edirik. Bu gün Soçidakı yarışın təşkilatçıları hamısı Bakıdadır. Onlar baxırlar ki, nə necədir. Ən yaxşı təcrübəni öyrənib Rusiyada tətbiq etmək istəyirik".  

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.