Siyasət

Azərbaycan prezidenti bir sıra dövlət başçılarını təbrik edib - YENİLƏNİB

24 İyun 2017 18:33
Baxış: 909

18:33

Azərbaycan Prezidenti İlham Əliyev Mozambik Respublikasının Prezidenti Filipe Jasinto Nyusiyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Mozambik Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mozambik xalqına əmin-amanlıq və rifah arzulayıram".

XXX

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qellehi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Cibuti xalqına sülh və firavanlıq arzulayıram".

XXX

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahoru təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

----------

18:04

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.