Siyasət

Yevgeni Kasperski: "İlham Əliyev kibertəhlükəsizlik sahəsinə olduqca böyük əhəmiyyət verir"

24 İyun 2017 12:39
Baxış: 835

Azərbaycanda səfərdə olan "Kaspersky Lab" şirkətinin təsisçisi və baş direktoru Yevgeni Kasperski bir sıra rəsmi şəxslərlə görüşəcək.

Mili.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri yerli KİV nümayəndələri ilə keçirdiyi nahar çərçivəsində bildirib.
 
Bu gün Y.Kasperski təhsil naziri Mikayıl Cabbarovla görüşəcək. "Görüş çərçivəsində təhsil sektorunda kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq", - deyə o bildirib.
 
Şirkət rəhbəri əlavə edib ki, sabah SOCAR və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə fikir mübadiləsi aparacaq: "Biz adıçəkilən qurumlarla sıx əməkdaşlıq etmək niyyətindəyik. Buna görə, görüş çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Maraqlı bir məqam var. Ölkə başçısı İlham Əliyev kibertəhlükəsizlik sahəsinə olduqca böyük əhəmiyyət verir. Sevindiricidir ki, prezident Əliyev bu sahədə hansı ssenarilərin baş verə biləcəyini yaxşı anlayır. Buna görə, prezident bizim SOCAR cə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə əməkdaşlıq etməyimizi istəyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.