Siyasət

Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: "Həyat yoldaşım azərbaycanlıdır"

20 İyun 2017 14:35
0 Şərh     Baxış: 3 012

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi məlum olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan belçikalı həmkarlarının ona bu bəhanələrlə bağlı məlumatlar verdiyini deyib.
 
"Siyasi təqiblərə məruz qaldığını iddia edən çoxsaylı vətəndaş qrupundan sonra ikinci ən geniş yayılmış bəhanə qarışıq nikahlarla bağlıdır. Guya ki, ər erməni, həyat yoldaşı azərbaycanlıdır və onlar bu ölkələrdən heç birinə gedə bilmirlər. Bundan başqa, seksual azlıq nümayəndəsi və İehova Şahidləri dini sektasına mənsub olduqlarını iddia edərək Avropada yaşayış icazəsi almaq istəyənlər də var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.