Siyasət

Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərləri görüşdü

19 İyun 2017 11:41
Baxış: 355

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşü keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu" SC-nin Idarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.

Görüşdə "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri C.Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması və ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutu - üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımalann həyala keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilib.

Müzakirələrdən sonra qərara alınıb ki, Hindistan Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqaməti üzrə daşımaların optimallaşdınlmasına və həmçinin, tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilsin. Eyni zamanda, "Cənub-Qərb" nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə iştirakçı ölkələrin dəmir yolları arasında birgə güzəştli tariflərin tətbiq edilməsi məsələsi araşdırılsın.

Qəbul edilmiş razılığa əsasən, "Cənub-Qərb" marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna, və Polşanın dəmir yolları arasında koordinasiya işləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilir. "Cənub-Qərb" marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq, Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yaran biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstanı, İran, Ukrayna və Polşa dəmir yollarının nümayəndələrindən İşçi Qrup yaradılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.